Hərbçilərimiz Qazaxıstanda döyüş tapşırıqlarını icra ediblər - FOTO

12:07 11.07.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanın Aktau şəhərində "Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin hazırlıq mərhələsində növbəti tapşırıqlar uğurla icra edilib.

 

Bu barədə hafta.az-a Azərbaycan Müdafiə nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, hazırlıq mərhələsinin növbəti günündə Azərbaycan hərbçiləri ştat silahlarının normal döyüş vəziyyətinə gətirilməsi üzrə tədbirləri yerinə yetiriblər.

 

Qeyd edək ki, təlimdə əsas diqqət iştirakçı-ölkələrin hərbi qulluqçularının birgə fəaliyyətinin təşkili, onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da təkmilləşdirilməsinə yönəldilib.